Previous Next
Bağla

AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub  

20-12-2023 15:21
AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub   

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti BMT-nin Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub.

BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına çağırır. Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (WEPs) Azərbaycanda BMT-nin İnkişaf Proqramının Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması layihəsi (WEESC II) çərçivəsində həyata keçirilir. Layihə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması” layihəsinin nailiyyətlərinə həsr olunmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin Baş icraçı direktoru Ana Nakaşidze AzerTelecom şirkətində gender bərabərliyi və inklüziv mühitin inkişafı istiqamətində icra olunan layihələri qeyd edib.

“AzerTelecom şirkətində qadınların səlahiyyətlərinin artırılması əsas məqsədlərdən biridir. Biz qadınların STEAM sahəsində uğur qazanması üçün şərait yaradır, onların potensialının inkişafına və texnoloji sahədə tanınmasına dəstək göstəririk. Biz hər bir əməkdaşın nailiyyətinin qiymətləndirildiyi və mükafatlandırıldığı iş mühitin qurulmasında öz töhfəmizi verməyə çalışırıq. Qarşılıqlı dəstək üzərində qurulmuş iş mühiti bərabərliyi və innovasiyaları təşviq etməkdə mühüm rol oynayır”deyə, Ana Nakaşidze bildirib.

AzerTelecom Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir. NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

"ECO-nun qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları hazırdır"

02-07-2025

"AzerTelecom"un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına layiq görülüb

03-10-2023

“Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” mövzusunda tədbir keçirilib

21-10-2024

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir

22-05-2019

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022

“Rəqəmsal İpək Yolu” layihəsi “Submarine Networks World 2021” konfransında təqdim edilib

08-10-2021

“Rəqəmsal İpək Yolu” layihəsi İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirində təqdim olunub

11-10-2023

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020

AzerTelecom şirkətinin Baş direktoru Capacity Middle East tədbirində çıxış edib

15-02-2024

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

"AzerTelecom"un Baş İcraçı Direktoru dünyanın nüfuzlu telekommunikasiya liderlərinin “Power 100” siyahısında

18-05-2023

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025

Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək olur

25-09-2019

AzerTelecom bağlantı xidməti ilə “Eurovision Services”-ə dəstək olub

12-07-2021

“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda "GCCM 2023" tədbirində təqdim edilib

11-09-2023

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

Qadınların əksəriyyəti mobildən istifadə edə bilmir

09-06-2015

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə